Qubad İbadoğlu ilə bağlı yeni xəbər

saytların hazırlanması

Evə çatdırılma

Qubad İbadoğlu ilə bağlı yeni xəbər

Hadisə

26 Oktyabr 2023 21:15 3874


Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun girov müqabilində həbsdən buraxılması ilə bağlı vəsatətə baxılıb.

Yenisabah.az xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində keçirilən iclasda təqsirləndirilən şəxsin vəkili Zibeydə Sadıqova vəsatətini əsaslandırıb.

Vəkil deyib ki, müvəkkili səhhəti ilə bağlı narahatlıq keçirir. Onun həbsdə qalması daha yaxşı müalicəsi üçün əngəl yaradır. Məhkəmə vəsatəti əsassız hesab edib, Q.İbadoğlunun həbsinin davamına qərar verilib. Marqarita pizza

Qeyd edək ki, Qubad İbadoğlu Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib./Modern.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!