Quba Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin satışı ilə məşğul olan 2 nəfəri saxlayıb.
“Yeni Sabah”ın məlumatına görə, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə şübhəli bilinərək saxlanılan Hacızadə Xalid Möhübbət oğlu və İlyasov Cəbrayıl Tahir oğlu barəsində Quba Rayon Məhkəməsinin hakimi Rahim Həsənovun sədrliyi ilə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, saxlanılan hər iki şəxs Şimal zonasında narkobaron kimi tanınıb. Belə ki, Hacızadə Xalid Möhübbət oğlu həmyerlisi Mursalov Aşurəli Mursal oğlu ilə 2018-ci ildə Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən analoji cinayətə görə saxlanılsada yüngül cəza ilə canını qurtara bilib. İndi isə saxlanılan narkobaronları 5 ildən 12 ilə kimi həbs cəzası gözləyir. Toyuqlu pizza
Azər İsrafilov
Telegram kanalımız