Qubada 3 kəndin adı dəyişdirilir

saytların hazırlanması

Evə çatdırılma

Qubada 3 kəndin adı dəyişdirilir

Sosial

11 Mart 2026 11:06 401


Azərbaycanda 3 kəndin adı dəyişir.

"Yeni Sabah" APA-ya istinadla xəbər verir ki, bu məsələ Milli Məclis yanında Toponimiya komissiyasının bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Quba rayonunda Vladimirovka kənd inzibati ərazi dairəsinin tərkibinə daxil olan Vladimirovka yaşayış məntəqəsinin adı dəyişdirilərək Elbir kəndi, Alekseyevka kənd inzibati ərazi dairəsinin tərkibinə daxil olan Alekseyevka yaşayış məntəqəsinin adı dəyişdirilərək Çinarlı kəndi və Alekseyevka kənd inzibati ərazi dairəsinin tərkibinə daxil olan Timiryazev yaşayış məntəqəsinin adı dəyişdirilərək Bəhrəli kəndi adlandırılacaq. Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!