Ötən gün Quba ilə Şabran rayonlarının sərhədində baş verən yanğın demək olar ki, söndürülüb.
Yerli sakinlər “Yeni Sabah”a açıqlamasında bildiriblər ki, yanğının ocaqları hələ qalmaqdadır. Artıq ikinci sutkadır ki, FHN-nin Yanğından mühafizə xidmətinin briqadaları və yanğınsöndürən maşınları meşədə keşik çəkir.
Yanğının meşəyə keçməsinin qarşısını alınıb. Məlumata görə yanğının əhatə dairəsi 40 ha-ya çatıb. Hal-hazırda Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Xanlar Heybətov da ərazidədir. Toyuqlu pizza
Hazırda yanan ərazilərdə alovlanan kötüklərin söndürülməsi prosesi gedir.
Xatırladaq ki, dünən Quba və Şabran rayonlarının sərhədində meşə massivində güclü yanğın başlamışdı.
Telegram kanalımız