Qubada azyaşlılara tütün məmulatı və alkoqollu içkilər satanlar cərimələndi

saytların hazırlanması

Evə çatdırılma

Qubada azyaşlılara tütün məmulatı və alkoqollu içkilər satanlar cərimələndi

Hadisə

01 Aprel 2023 19:50 954


Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.

Yenisabah.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Quba regional qrupu məlumat yayıb.

Bildirilib ki, Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri tədbirlər nəticəsində bir neçə mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatları satması aşkar edilib. Həmin satıcılar barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) inzibati tənbeh tədbiri tətbiq olunub. pizza mizza

Qeyd edək ki, bu istiqamətdə tədbirlər davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!