Qubada azyaşlını oğurluğaə təhrik edən şəxs saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Qubada azyaşlını oğurluğaə təhrik edən şəxs saxlanıldı

Kriminal

29 Oktyabr 2022 10:40 870


Qubada azyaşlını oğurluq etməyə təhrik edən şəxs saxlanılıb.

Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, bir nəfər şəxs Quba Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus evdən oğurluq olması barədə məlumat verib.

Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, zərərçəkmişə məxsus evdən 4400 manat pul  oğurlandığı müəyyən edilib. pizza hut

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakini Aslan Xudaverdiyev saxlanılıb. 

Araşdırmalar zamanı məlum olub ki, A.Xudaverdiyev törətdiyi cinayət əməlinə azyaşlı qonşusu  Məmmədi də (ad şərtidir) müəyyən vədlər verməklə cəlb edib.

Faktla bağlı Quba  RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Aslan Xudaverdiyevin barəsində  həbs qətimkan tədbiri seçilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!