Qubada dağlıq ərazidə yanğın oldu

saytların hazırlanması

Evə çatdırılma

Qubada dağlıq ərazidə yanğın oldu

Hadisə

20 Avqust 2021 00:57 1473


Qubanın dağlıq kəndində yanğın qeydə alınıb.

Yenisabah.az xəbər verir ki, hadisə Rustov İnzibati Ərazi Dairəsinin Yektar yaşayış məntəqəsi ərazisində qeydə alınıb.

Yanğın zamanı bələdiyyəyə məxsus 1 hektar kolluq ərazi yanıb. Marqarita pizza

Hadisə yerinə Quba Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub, yanğının söndürülməsi işləri aparılır. Yanğının meşəlik əraziyə keçməsinin qarşısı alınıb.

Qeyd edək ki, Yektar yaşayış məntəqəsi Rustov kəndinin ən ucqar yaşayış məntəqəsidir, rayon mərkəzindən 21 kilometr məsafədə, Şahdağ Milli Parkı ilə sərhəd ərazidə yerləşir.

Faktla bağlı araşdırma aparılır./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!