Qubada dəhşət: 55 yaşlı kişini döyərək öldürdülər

saytların hazırlanması

Evə çatdırılma

Qubada dəhşət: 55 yaşlı kişini döyərək öldürdülər

Kriminal

09 Sentyabr 2021 09:47 987


Avqustun 30-da Quba rayonu, Gültəpə kənd sakini, 1966-cı il təvəllüdlü Zeydulla Əzizovun almış oldığı xəsarətlər nəticəsində Qusar rayon mərkəzi xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Quba rayon prokurorluğundan Yenisabah.az-a verilən məlumata görə, 23 avqust 2021-ci il saat 1 radələrində Gültəpə kəndi ərazisində 1993-cü təvəllüdlü Şöhrət Mursəliyev tanışı Zeydulla Əziziov arasında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı sonuncunun bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklə xəsarətlər yetirib. Nəticədə  Z.Əziziov avqusun 30-da almış olduğu xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Dördpendirli pizza

Şöhrət Mursəliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!