Qubada ərzaq mağazası yandı

saytların hazırlanması

Evə çatdırılma

Qubada ərzaq mağazası yandı

Hadisə

26 Dekabr 2020 21:47 963


Qubada köhnə avtovağzal ərazisində ərzaq mağazasında yanğın olub.

Yenisabah.az xəbər verir ki, axşam saatlarında rayonun mərkəzindəki "Köhnə avtovağzal"ın arxasında bir-birinə bitişik ərzaq məhsulları mağazalarından birində yanğın başlayıb. Nəticədə sahibkar Elçin Əhməd oğlu Orucova məxsus mağazanın 100 m² sahəsində yanar konstruksiyalar yanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Quba Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə briqadası cəlb olunub. Alovun digər tikililərə keçməsinin qarşısı alınıb, yanğın söndürülüb. pizza mizza

Faktla bağlı araşdırma aparılır.  /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!