Qubada minik avtomobili ağaca çırpılıb, yaralananlar var.
"Report"un Şimal bürosunun məlumatına görə, hadisə Quba-Xaçmaz avtomobil yolunun Quba rayonunun Barlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Lada-Priora" markalı minik avtomobilinin yoldan çıxaraq ağaca çırpılması nəticəsində nəqliyyat vasitəsində olan 5 nəfər ağır xəsarətlər alıb. Onlar Quba rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hazırda xəsarət alanlara tibbi yardım göstərilir. pizza hut
Faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız