Qubada narkotik becərən şəxs saxlanıldı 

saytların hazırlanması

Evə çatdırılma

Qubada narkotik becərən şəxs saxlanıldı 

Kriminal

10 İyun 2020 10:23 707


Quba Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində uğurlu əməliyyat tədbirləri davam etdirilir. 

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən gecə saatlarında keçirilmiş əməliyyat tədbirləri ilə rayon sakini Fariz Babaxanov saxlanılıb. Hal şahidlərinin iştirakı ilə onun yaşadığı ünvana baxış keçirilən zamanı həyətyanı sahəsindən xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş hündürlüyü 150 sm qədər olan 21 ədəd çətənə kolları aşkarlanaraq götürülüb.

Dindirilmə zamanı F.Babaxanov həmin kollarını şəxsi istifadəsi üçün əkib-becərdiyini etiraf edib.  Pepperoni pizza

Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!