Qubada narkotik bitkilər becərən dəstə üzvləri saxlanılıb

saytların hazırlanması

Evə çatdırılma

Qubada narkotik bitkilər becərən dəstə üzvləri saxlanılıb

Kriminal

04 İyul 2021 13:07 906


Quba Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi əməliyyat zamanı 39 yaşlı paytaxt sakini Səmədov Mehman Səməd oğlu və onun tanışı, 31 yaşlı Xanmirzəyev Ceyhun Əhməd oğlu saxlanılıblar.

Yenisabah.az-ın məlumatına görə, əməliyyat-axtarış tədbirləri zamanı Mehman Səmədova məxsus həyətyanı sahəyə baxış keçirilib. Oradan xüsusi aqrotexniki qaydada qulluq göstərilməklə yetişdirilən, hündürlüyü 5 sm-dən 245 sm-dək olan və yaş halda ümumi çəkisi 501 kq-dan çox olan 1 235 ədəd narkotik tərkibli çətənə kolları və onun şitilləri, eyni zamanda, 15 kq-dan artıq narkotik vasitə olan qurudulmuş marixuana aşkarlanıb.

Hər iki şəxs saxlanılaraq istintaqa təhvil verilib.  pizza

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!