Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan "Report"a verilən məlumata görə, mayın 28-i axşam saatlarında Quba-Xaçmaz yolunun 10-cu kilometrliyində Quba rayon sakini İlham Dadaşov idarə etdiyi "Hunday" markalı avtomobillə idarəetməni itirərək yol kənarında olan ağaca çırpılıb.
İ.Dadaşov aldığı xəsarətlərdən Quba Raron Mərkəzi Xəxstəxanasında ölüb. pizza mizza
Faktla bağlı Quba RPŞ-nin istintaq bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Telegram kanalımız