Qubada oyun zalından oğurluq edən şəxs saxlanıldı - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Qubada oyun zalından oğurluq edən şəxs saxlanıldı - Fotolar

Kriminal

26 Mart 2021 10:53 590


Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oyun zalından oğurluq edən şəxs saxlanılıb.

Daxilin İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, Quba rayonu ərazisində yerləşən oyun zallarının birindən 3 ədəd “PlayStation-3” aparatının və həmin aparatlara aid 4 ədəd pultların oğurlanması ilə bağlı Rayon Polis Şöbəsinə müraciət daxil olub.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Qusar rayon sakini Elxan Xəlilov saxlanılıb və oğurladığı əşyalar ondan maddi sübut kimi götürülüb. Toyuqlu pizza

Faktla bağlı E. Xəlilov barəsində Quba RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar aparılır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!