Quba rayonunun Alekseyevka kəndində fərdi yaşayış evində yanğınla nəticələnən partlayış nəticəsində ev sahibəsi 1962-ci il təvəllüdlü Qərənfil Babayeva müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.
TƏBİB-dən verilən məlumata görə, Q.Babayeva Quba Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.
Qeyd edilib ki, ona üzün, hər iki əlin və sağ diz oynağinin I-II dərəcəli termiki yanığı (10%) diaqnozu təyin olunub və xəstəxananın Travmatologiya şöbəsinə yerləşdirilib. Xəstəyə zəruri tibbi yardımlar göstərilib və hazırda müalicəsi davam etdirilir. Vəziyyəti orta ağır qiymətləndirilir. pizza
Partlayışa ilkin səbəb kimi qaz sızmasının olduğu ehtimal edilir.
Faktla bağlı araşdırmalara başlanılıb.
Telegram kanalımız