Qubada quldurluq etdi, Qazaxıstanda tutuldu, Bakıda…   - Təfərrüat

saytların hazırlanması

Evə çatdırılma

Qubada quldurluq etdi, Qazaxıstanda tutuldu, Bakıda… - Təfərrüat

Kriminal

13 May 2020 14:08 1051


Quldurluq və oğurluq cinayətləri ilə ittiham olunan Əkbərov Sərxan Nadir oğlunun cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib. 

“Yeni Sabah”ın məlumatına görə, Cinayət Məcəlləsinin 181 və 177-ci maddələri ilə təqsirləndirilən S.Əkbərovun məhkəmə prosesinə hakim Həbib Həsənov sədrlik edəcək. Cinayət işində 3 nəfər - Şahverdiyev Elxan Firdovsi oğlu, Şamilov Ariil İrsiloviç və Hacıyev Süleyman Möhübbət oğlu tanınıb. 

Qeyd edək ki, Sərxan Əkbərov Azərbaycanda oğurluq edən cinayətkar dəstənin axtarışda olan üzvü olub və ötən ilin iyun ayında Qazaxıstanda saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində törətdiyi ağır cinayət hadisələrinə görə 2016-ci ildən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin səkkiz maddəsi ilə axtarışda olan rayon sakini, 31 yaşlı Sərxan Əkbərov Qazaxıstan Respublikasının Nur-Sultan şəhərində tutularaq Quba RPŞ-nə gətirilib. S.Əkbərov bir qrup şəxslə birlikdə qabaqcadan əlbir olaraq 2016-ci ildə rayon ərazisində yerləşən bir neçə fərdi yaşayış evlərinə qanunsuz daxil olaraq, evlərdən pul, qızıl-zinət əşyaları və elektron avadanlıq oğurlamaqla zərərçəkmişlərə küllü miqdarda maddi ziyan vurublar. Bundan əlavə törətdikləri sonuncu cinayət hadisəsi zamanı ev sahibəsinin evdə olduğunu görən dəstə üzvləri, qadının əllərini və ağzını yapışqanlı lentlə bağlayaraq, ona müxtəlif bədən xəsarətləri yetirməklə evdən küllü miqdarda pul və mobil telefonunu quldurluq yolu ilə ələ keçiriblər.  Sezar pizza

Qeyd edək ki, cinayətkar dəstənin 4 üzvü, Quba rayon sakinləri Raqib Kərimov, Faiq Xanməmmədov, Aftandil Əhmədov və Afina İxiilova cinayət hadisələrinin törədilməsindən bir müddətdən sonra tutularaq məsuliyyətə cəlb olunublar. 

Azər İsrafilov


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!