Qubada reyd keçirilib

saytların hazırlanması

Evə çatdırılma

Qubada reyd keçirilib

Kriminal

24 Noyabr 2020 15:11 1003


Qubada xüsusi karantin rejiminin tələblərinə əməl olunmasına nəzarət edilir.

DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən rayon ərazisində koronavirus pandemiyası ilə əlaqədar həyata keçirilən xüsusi karantin rejimi qaydalarına riayət edilməsi istiqamətində bütün zəruri təxirəsalınmaz tədbirlər görülür.

Belə ki, RPŞ-nin əməkdaşları rayonun bütün küçə və prospektlərində, eləcə də parklarda vətəndaşlar ilə mütəmadi olaraq maarifləndirici söhbətlər apararaq, onlara Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələri çatdırır, yaşayış yerlərini tərk edən zaman isə mütləq qaydada tibbi maskalardan istifadə etmələri barədə məlumat verirlər. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!