Qubada silah-sursat aşkarlandı

saytların hazırlanması

Evə çatdırılma

Qubada silah-sursat aşkarlandı

Kriminal

11 Dekabr 2021 12:44 686


Qubada silah-sursat aşkarlanıb.

Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, rayonun Dağlı kəndi ərazisində silah-sursat olması barədə məlumat daxil olub.

Hadisə yerinə gedən polis əməkdaşkarı Quba-Qusar yolunun sol tərəfində, “Gülüstan” gölünün  kənarında ağ polietilen kisəyə bükülmüş 2 ədəd 16 kalibrli qoşalüləli tüfəng, 1 ədəd ov tüfənginə məxsus lülə və 81 ədəd avtomat patronu aşkar edərək götürüblər. Dominos pizza

Bundan əlavə, rayon sakini İzzət Əhmədova məxsus avtomobildən 1 ədəd sənədsiz ov tüfəngi aşkar edilərək götürülüb.

Faktlarla  bağlı RPŞ-də araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!