Qubada soyğunçuluq edən şəxs tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Qubada soyğunçuluq edən şəxs tutuldu

Kriminal

02 Sentyabr 2020 11:53 1091


Qubada soyğunçuluq hadisəsi baş verib. 

DİN-in Mətbuat Xidmətinin Quba Regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində bir vətəndaşa qarşı soyğunçuluq edərək, onun mobil telefonunu açıq talama yolu ilə ələ keçirən Xaçmaz rayon sakini Ədalət Novruzov saxlanılıb. 

Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edib. pizza sifarişi

Ə.Novruzovun soyğunçuluq yolu ilə əldə etdiyi bir ədəd mobil telefon polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb. 

Faktla əlaqədar həmin şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, onun başqa cinayət hadisələrində iştirak edib-etməməsi araşdırılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!