Qubada toy etmək istəyən bəy və dostları saxlanıldı - Foto

saytların hazırlanması

Evə çatdırılma

Qubada toy etmək istəyən bəy və dostları saxlanıldı - Foto

Kriminal

11 Avqust 2020 14:47 931


Quba Rayon Polis Şöbəsinin əməkdaşları Qəçrəş kəndi ərazisində yerləşən restoranların birində toy mərasiminin keçirildiyini aşkarlayıblar.

Bu barədə Yenisabah.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib. 

Bildirilib ki, toy mərasimi dərhal dayandırılıb, restoranın sahibi Firdovsi Əliyev, bəy Alim Mirzəyev və 28 nəfər şəxs saxlanılaraq polis şöbəsinə gətiriliblər. pizza sifarişi

Şöbədə onlarla profilaktiki söhbətlər aparılaraq karantin rejiminin qaydaları izah olunub. F.Əliyev, A.Mirzəyev və məclisdə iştirak edən digər şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokollar tərtib olunaraq 200 manat məbləğində cərimə ediliblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!