Quba rayonunda çobanın ölümündə günahlandırılan vəzifəli şəxsin məhkəməsi başlayır.
“Yeni Sabah”ın məlumatına görə, Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq- ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə təqsirləndirilən Babayev Kamran Ağa oğlu barəsində başlanılan cinayət işinin ibtidai istintaqı yekunlaşdıqdan sonra baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilib və hakim Rahim Həsənovun icraatına verilib.
Qeyd edək ki, Babayev Kamran Ağa oğlu Quba elektrik şəbəkəsinin baş mühəndisi vəzifəsində çalışır. Hadisə 2019-cu ilin oktyabrında Quba rayonun Yerfi kəndinin dağlıq ərazisində - kənddən aralıda yerləşən otlaq sahədə baş verib. Kənd sakini 18 yaşlı Cabir Barat oğlu Babayev qoyun otararkən əlindəki çomağı təsadüfən ərazidən keçən yüksək gərgilikli elektrik xəttinə toxundurub. Nəticədə Cabir aldığı xəsarətlərdən dərhal ölüb. Hadisə zamanı Cabirin atası Barat Babayev də orada olub. Təəssüf ki, o elektrik cərəyanı vuran oğluna heç bir kömək edə bilməyib. pizza mizza
Mərhum ailənin 4 övladından biri olub. Onun səhhətində problem olduğu bunun üçün də 3-cü sinfə qədər təhsil ala bildiyi qeyd edilir.
Azər İsrafilov
Telegram kanalımız