Quba-Xaçmaz yolunda avtomobil qəzası baş verib, ölən var.
"Report"un Şimal bürosunun məlumatına görə, hadisə Quba-Xaçmaz avtomobil yolunun rayonun Zərdabi qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "VAZ-2107" markalı minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb. Qəza nəticəsində avtomobilin sürücüsü, Quba rayonunun Bağbanlı kənd sakini Rüstəmov Taleh Malik oğlu hadisə yerində ölüb. pizza mizza
Faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız