Qubadlıda işləyən fəhlənin meyiti Həkəri çayında tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Qubadlıda işləyən fəhlənin meyiti Həkəri çayında tapıldı

Hadisə

08 May 2023 13:11 967


Qubadlı Rayon Polis Şöbəsinə bu gün səhər 10 radələrində təmir-tikinti şirkətlərindən birində çalışan Coşqun Hüseynovun işə gəlməməsi ilə bağlı məlumat daxil olub. 

DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslının Yenisabah.az-a verdiyi xəbərə görə, məlumatla əlaqədar keçirilmiş tədbirlərlə Hacıqabul rayon sakini, 1978-ci il təvəllüdlü Coşqun Hüseynovun meyiti Həkəri çayının yatağından aşkar edilib. İlkin ehtimala görə onun üzərinə qaya parçalarının aşması nəticəsində ölüb. 

Faktla bağlı araşdırmalar davam etdirilir.  Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!