Qubaya gedən 7  nəfər məsuliyyətə cəlb olundu

saytların hazırlanması

Evə çatdırılma

Qubaya gedən 7 nəfər məsuliyyətə cəlb olundu

Kriminal

12 Avqust 2020 16:02 1453


Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejiminin tətbiq olunduğu Bakı və Sumqayıt şəhərlərindən, eləcə də digər rayonlardan qaydaları pozaraq qeyri-qanuni yollarla Quba rayonuna istirahətə gələn şəxslər barəsində tədbirlər davam etdirilir.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən rayonun girişində, eləcə də rayon ərazisində yerləşən istirahət mərkəzlərində keçirilən reydlər nəticəsində xüsusi karantin qaydalarını pozan 7 nəfər şəxs aşkarlanıb.

Qaydaları pozan Bakı şəhər sakinləri Əlibəy İbrahimov, Kamran Novruzov və Fuad Səfərzadə, Sumqayıt şəhər sakinləri Nəcəf Nəcəfzadə, Sərkar Bayramov  və Mayıl Hüseynov, Şamaxı rayon sakini Qiyas Qiyasov barəsində şöbə əməkdaşları tərəfindən İXM-nin 211.1-ci maddəsi ilə protokollar tərtib olunub, həmin şəxslər inzibati qaydada cərimələniblər. pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!