Qudalar vəzifədə imiş – FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Qudalar vəzifədə imiş – FOTOLAR

Siyasət

27 İyul 2025 13:18 35062


Ötən il Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun qudaları Fuad Quliyev və Əsəd Şirinova vəzifə verdiyi haqda məlumat yayılmışdı. Məlumat ictimailəşdikdən sonra isə elan edildi ki, iki ildən artıqdır yüksək vəzifə tutan qudalar istefa veriblər.

Bakupost.az xəbər verir ki, Z.Mikayılovun özünə müşavir elədiyi qudası Əsəd Əli oğlu Şirinovun istefaya getdiyi, Aparat rəhbəri vəzifəsinə təyin etdiyi digər qudası Fuad Eldar oğlu Quliyevin təyinatının isə “müvəqqəti olaraq” dayandırıldğı bildirildi.

Hazırda isə istefaya gedən və təyinatı “müvəqqəti dayandırılan” qudaların öz vəzifələrində çalışmağa davam etdikləri üzə çıxıb. Bəlli olub ki, Fuad Quliyev Aparat rəhbəri, Əsəd Şirinov isə müşavir vəzifəsini davam etdirirlər və onların bu vəzifələri daşıdıqları ADSEA-nın rəsmi saytında da əks olunub (skrinləri təqdim edirik). Marqarita pizza


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Elnur
    Bele seyler butun qurumlarda var
    10 months ago
  • Məzahir
    Heçnə olmaz, qoy varlansınlar. Cəhənnəmdə susuz yanacaqlar onlar, içdikləri isə irin olaca, oğurladıqları suya həsrət qalacaqlqr!
    10 months ago