Qüdrət Həsənquliyevin partiyası: Azərbaycan Avroviziyada iştirak etməsin 

saytların hazırlanması

Evə çatdırılma

Qüdrət Həsənquliyevin partiyası: Azərbaycan Avroviziyada iştirak etməsin 

Şou

13 May 2024 15:48 712


Ədalət, Hüquq, Demokratiya Partiyasının (ƏHD)  İdarə Heyətinin iclasında milli-mənəvi dəyərlər və onu təhdid edən bir sıra məsələləri müzakirə edib. 

Partiyadan Yenisabah.az-a verilən məlumata görə, İdarə Heyəti hesab edir ki, Avroviziya mahnı müsabiqəsi son illər musiqi və yaxşı ifa müsabiqəsindən daha çox cinsi azlıqların təbliği arenasına çevrilib. 

"Bu müsabiqə iqtidarın elan etdiyi milli-mənəvi dəyərlər sisteminə ziddir və həmin dəyərlər sistemini dağıtmağa hesablanıb. Azərbaycanın bir müsəlman ölkəsi olması və milli-mənəvi dəyərlərimiz baxımından İctimai Televiziyanın bu yarışda bundan sonra iştirakı və həmin “müsabiqə”nin yayımlanması məqbul sayılmamalıdır" deyə açıqlamada qeyd olunub.  Pepperoni pizza

ƏHD-çilər hesab edir ki, mədəniyyətimizin inkişafına xidmət edən mahnı müsabiqələri ölkəmizin daxilində təşkil olunmalı, musiqimiz mənəvi və ailə dəyərlərimizə zidd olmayan beynəlxalq festivallarda təbliğ olunmalıdır.

Qeyd edək ki, ƏHD Partiyasının sədri deputat Qüdrət Həsənquliyevdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!