Quldurlar Şirvan sakinini döyərək 165 manatını aldılar

saytların hazırlanması

Evə çatdırılma

Quldurlar Şirvan sakinini döyərək 165 manatını aldılar

Kriminal

11 Yanvar 2022 17:49 771


 

Bakıda quldurluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Yenisabah.az-a verilən məlumata görə, yanvarın 8-də 2 nəfər Şirvan şəhər sakini V.Qurbanovu zorla saxlayıb ölümlə hədələyərək döyüb və 165 manat pulunu alıb. Dördpendirli pizza

Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi və Metropolitendə Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Şabran rayon sakini, əvvəllər məhkum olunmuş C.Hacıağayev və Culfa rayon sakini S.Əhmədova müəyyən edilərək saxlanııblar.

Faktla bağlı Nizami rayon Polis İdarəsində araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!