Quldurluq edən şəxs saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Quldurluq edən şəxs saxlanıldı

Kriminal

13 Aprel 2021 13:50 736


Mingəçevir Şəhər Polis Şöbəsinə müraciət edən vətəndaş Ə.Həsənzadə Xətai küçəsində naməlum şəxsin ona yaxınlaşıb danışmaq üçün mobil telefonunu istədiyini, vermədikdə isə xəsarət yetirib telefonu götürərək hadisə yerindən qaçdığını bildirib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, zərərçəkənin müraciəti əsasında polis əməkdaşları tərəfindən dərhal həmin şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

“İsti izlər”lə həyata keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də oğurluğa görə məhkum olunmuş Sahil Osmanov saxlanılıb. O, törətdiyi cinayət əməlini etiraf edib və hadisə zamanı sərxoş vəziyyətdə olduğunu bildirib. Zərərçəkmişə məxsus mobil telefon da S.Osmanovun yaşadığı evdən maddi sübut kimi götürülüb. pizza mizza

Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsinin İstintaq bölməsində cinayət işi başlanılıb, zəruri istintaq tədbirləri davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!