“Quli” ləqəbli narkotacir saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

“Quli” ləqəbli narkotacir saxlanıldı

Kriminal

28 İyul 2020 15:32 757


Paytaxtda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılaraq istintaqa cəlb edilib. 

Yenisabah.az xəbər verir ki, Səbail RPİ Narkotiklə mübarizə bölməsi və 8-ci PB əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətkar aləmdə “Quli” ləqəbi ilə tanınan Ağaqulu Əzizovun üzərindən 11 bükümdə, ümumi çəkisi 5,180 qram çəkidə marixuna aşkar olunaraq götürülüb. 

Şübhəli şəxs ətrafında davam etdirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən 2 ədəd sellafonda qablaşdırılmış, ümumi çəkisi 3 kq 485 qram narkotik vasitə olan marixuna aşkarlanıb.  pizza mizza

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsiylə cinayət işi başlanıb, əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!