Qulinin güllələnən dostu öldü

saytların hazırlanması

Evə çatdırılma

Qulinin güllələnən dostu öldü

Kriminal

27 Yanvar 2022 22:55 1139


Keçən ay Gürcüstanın Qardabani rayonunda güllələnən kriminal avtoritet ölüb.

Yenisabah.az xəbər verir ki, Türkiyədə qətlə yetirilən qanuni oğru Nadir Səlifovun (Lotu Quli) yaxın adamlarından hesab olunan Təhləli Canpolad həkimlərin səyinə baxmayaraq, dünyasını dəyişib.

Qeyd edək ki, keçən ilin dekabr ayında kriminal aləmdə "Təhləli Canpolad" kimi tanınan şəxs “Range Rover” markalı avtomobillə gedərkən ona 20-dən artıq atəş açılıb. Bu zaman avtomobildə olan kriminal avtoritet ağır yaralanıb. Dördpendirli pizza

Yaralı təcili tibbi yardım briqadası tərəfindən Rustavi Mərkəzi Xəstəxanasına çatdırılaraq, təcili əməliyyat olunmuşdu. Həkimlər onun vəziyyətini ağır qiymətləndirirdi.

Gürcüstan Daxili İşlər Nazirliyindən faktla bağlı Cinayət Məcəlləsinin 19-108-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlamışdı.Manşet.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!