Quliyev Qallantı qəbul etdi

saytların hazırlanması

Evə çatdırılma

Quliyev Qallantı qəbul etdi

Maraqlı

13 İyul 2023 17:45 6334


İyul ayının 13-də İsrailin müdafiə naziri Yoav Qallantın rəhbərlik etdiyi nümayəndə heyətini Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev qəbul edilib.

Yenisabah.az xəbər verir ki, görüşdə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Azərbaycan Respublikası və İsrail Dövləti arasında qarşılıqlı faydalı münasibətlərin bütün istiqamətlərdə, o cümlədən hərbi-texniki sahədə uğur­la inkişaf etdiyini vurğulayıb.

Müzakirə zamanı qurumlar arasında birgə əməkdaşlıq fəaliyyətlərinə nəzər salınıb, bu kimi səfərlərin ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsində əhəmiyyətli rolu vurğulanıb, qarşılıqlı maraq kəsb edən istiqamətlərdə əməkdaşlığın inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılıb. Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!