Ququş Azərbaycanla bağlı suala belə cavab verdi

saytların hazırlanması

Evə çatdırılma

Ququş Azərbaycanla bağlı suala belə cavab verdi

Şou

18 Mart 2024 14:45 4405


Azərbaycan əsilli İran müğənnisi Ququş (Faiqə Atəşin) izləyicilərinin suallarını cavablandırıb.

Yenisabah.az qafqazinfo.az-ya istinadla xəbər verir ki, sənətçi müəllifi olduğu yutub layihəsində Azərbaycanla bağlı da danışıb.

O, izləyicisinin “Bir İran azərbaycanlısı olaraq nədən Azərbaycan dilində albom təqdim etməmisiz? Biz çox istəyirik ki, türkcə mahnıları Ququşun səsində eşidək” sualına belə cavab verib: pizza sifarişi

“Mən çox istəyirdim və istəyirəm ki, bu iş əmələ gəlsin. Xatırlayıram ki, türkcə bir mahnım var idi (“Ayrılıq” - red.). Mənim xaricdə yaşadığım illərdə gündəlik işlərə başım qarışıb. Daimi konsertlə bağlı ölkələrə, şəhərlərə səfərim mənə bu fürsəti verməyib ki, sizin bu yaxşı təklifinizi gerçəkləşdirə bilim. Bu iş üçün mənim daimi olaraq Azərbaycanda olmağım gərəklidir. Təəssüf ki, buna vaxt edə bilməmişəm. Ancaq gələcəkdə çalışaram sizin bu sualınıza (təklifinizə) cavab verə bilim”.

Qeyd edək ki, Ququş 1950-ci il mayın 5-də Tehranda Sərçeşmə rayonunda anadan olub. Onun valideynləri Bakıdan Tehrana köçüblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!