Quranı yandıran siyasətçi:   “Qorxuram”

saytların hazırlanması

Evə çatdırılma

Quranı yandıran siyasətçi: “Qorxuram”

Maraqlı

23 Yanvar 2023 11:45 1179


Türkiyənin İsveçin paytaxtı Stokholmdakı səfirliyi qarşısında Quranı yandıran sağçı ekstremist Rasmus Paludan hadisədən sonra ilk dəfə mətbuata danışıb. 

Modern.az xəbər verir ki, o, bu çirkin hücumdan peşman olmadığını bildirib. 

"Xeyr, peşman deyiləm. Mən bunu siyasi səbəblərim olduğu üçün etdim. Bu qədər insanın məni öldürmək istədiyini görəndə isə kədərləndim",- deyə islam düşməni söyləyib.  pizza mizza

Qeyd edək ki, R.Paludan əvvəlki illərdə də oxşar hərəkətlərə yol verib. Lakin onun fikrincə, indi yaşananlar əvvəlkilərə bənzəmir: 

"Hazırda yaşadıqlarım əvvəlkilərə bənzəmir. Daha ciddi təhdidlər alıram. Sosial mediada mənə dəqiqədə 20 mesaj gəlir. Bu mesajlardan 5-i təhdid xarakteri daşıyır". 

Jurnalistin "qorxursunuzmu" sualına Paludan belə cavab verib: “Bəli, qorxuram, çünki kimlərsə məni öldürəcəklərini deyirlər". 

Ekstremist siyasətçinin fikrincə, Quranı yandırmasının İsveçin NATO üzvlüyü arasında heç bir əlaqə yoxdur. 

Ötən həftə İsveçin paytaxtı Stokholmda ifrat sağçı Rasmus Paludan Türkiyə səfirliyi qarşısında Qurani-Kərimi yandırıb. Bu hadisə Türkiyə tərəfindən kəskin etiraza səbəb olub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!