Ankara Böyükşəhər Bələdiyyəsi Qurban Bayramı münasibətilə paytaxt sakinlərinə və şəhərin qonaqlarına xüsusi imkan təqdim edir.
Yenisabah.az xəbər verir ki, Böyükşəhər Bələdiyyə Məclisinin qərarına əsasən, 6 iyun saat 06:00-dan 9 iyun saat 23:59-a qədər EGO avtobusları, metro və Ankaray xətləri ilə ictimai nəqliyyatdan istifadə tamamilə pulsuz olacaq.
Bayram günlərində vətəndaşların rahat və təhlükəsiz daşınmasını təmin etmək məqsədilə EGO Baş İdarəsi əlavə avtobus və qatar reysləri təşkil edəcək. Hərəkət cədvəli şənbə günü iş rejiminə uyğun tənzimlənəcək. pizza hut
Bundan əlavə, arife günündən başlayaraq qəbiristanlıqlara ziyarətləri asanlaşdırmaq üçün Karşıyaka Qəbiristanlığında 4, Sincan-Çimşit Qəbiristanlığında 2 və Ortaköy Qəbiristanlığında 1 olmaqla ümumilikdə 7 solo EGO avtobusu 08:00-dan 18:00-a qədər ring (dairəvi) marşrutlarla xidmət göstərəcək.
Ətraflı məlumat və marşrutlar üçün EGO-nun rəsmi veb saytına və ya “EGO Cep’te” mobil tətbiqinə müraciət etmək mümkündür.
Aytac Əliyeva
Telegram kanalımız