Qurban bayramında heyvanlar bu məntəqələrdə kəsiləcək - Siyahı

saytların hazırlanması

Evə çatdırılma

Qurban bayramında heyvanlar bu məntəqələrdə kəsiləcək - Siyahı

Sosial

29 İyul 2019 15:29 1197


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Qurban bayramında fəaliyyət göstərəcək stasionar və çadırtipli heyvan kəsimi məntəqələrinin siyahısını açıqlayıb.

"Yeni Sabah"ın məlumatına görə, AQTA bayram günlərində qurbanlıq heyvanların satışı və kəsimi ilə məşğul olan şəxslərə müraciət edərək, şəhərimizin küçələrində və yol kənarlarında antisanitar şəraitin yaradılmaması üçün onları heyvan satışı və kəsimini baytarlıq-sanitariya və gigiyena normalarına cavab verən stasionar heyvan kəsimi məntəqələrində və Qurban bayramı ilə bağlı yerli icra orqanları ilə birgə təşkil olunmuş çadırtipli kəsim məkanlarında həyata keçirməyə çağırır.

Qurban bayramı günlərində Respublika üzrə 44 stasionar və 30 çadırtipli heyvan kəsimi məntəqəsi fəaliyyət göstərəcək. pizza sifarişi

Vətəndaşlar bayram günlərində əvvəlcədən seçim edərək, qurbanlıq heyvanları satmaq, almaq və ya kəsdirmək üçün müəyyənləşdirilmiş yerlərə müraciət edə, təşkil olunan xidmətlərdən yararlana bilərlər.

Qurbanlıq heyvanların satış və kəsim məntəqələrinin ünvanları ilə linkə keçid etməklə tanış ola bilərsiniz:

http://afsa.gov.az/uploads/info/warning/siyah___pdf1564402108.pdf?fbclid=IwAR3u82xKFWxhH91-GCZ9K3rq4XdalxqNEnGXMzKeSxOQ3DfSmuUQV-UZFNQ


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!