Qoyun başı kəsdiyi üçün barəsində cinayət işi açılan azərbaycanlı Lütfulla Rzayev Rusiyadan deportasiya edilib.
“Yeni Sabah” Oxu.az-a istinadən xəbər verir ki, Sankt-Peterburq polisi onun hərəkətində qəddarlıq əlaməti olmadığını bildirib.
Buna baxmayaraq, o deportasiya edilib və 2022-ci ilin 19 noyabrına qədər, üç il müddətində Rusiyaya gələ bilməyəcək. Pepperoni pizza
Xatırladaq ki, azərbaycanlıya oğluna toy edəndən sonra yaşayış binasının həyətində qurban kəsdiyi iddiası ilə cinayət işi açılmışdı.
Telegram kanalımız