Qurban kəsənlər bunlara əməl etməlidir - Vacib məsləhətlər

saytların hazırlanması

Evə çatdırılma

Qurban kəsənlər bunlara əməl etməlidir - Vacib məsləhətlər

Maraqlı

01 İyun 2023 17:34 1203


Bu il Qurban bayramı iyun ayının 28-29-una təsadüf edir. Artıq bir çox ailələrdə qurban kəsməyə hazırlıq görülür. 

Yenisabah.az Türkiyə mətbuatına istinadən qurban kəsmək istəyənlərin bilməsi vacib olan məqamları təqdim edir: 

- Qurban kəsilən heyvanın üçdə biri qurbanı kəsən şəxsə verilir, üçdə biri qonaqlara və dostlara, üçdə biri isə kasıblara paylanır.  pizza hut

- Qurbanın əti təzə olduğu üçün qoxusu qəssabdan və ya bazardan aldığınız dincəlmiş ətdən daha kəskin olur.

- Bəzi insanlar qurban ətini yuyur, amma bu çox yanlışdır. Qurban ətinin yuyulması ətdəki bakteriyaların miqdarını sürətlə artırır. Qurban ətini yumaq olmaz. 

- Qurban əti kəsilib hissələrə bölündükdən sonra 1 gecə qalmadan, dərhal torbalara yığılsa yaşıllaşır. Odur ki, qurban əti kəsildikdən sonra 24 saat saxlanılmalı və günün sonunda yeyilməlidir.

- Qurbanı kəsərkən heyvan dartındığı üçün əti çox sərt olur. Əti dərhal kəsib bişirib yemək gələcəkdə ciddi xəstəliklərə səbəb ola bilər.

- Qurban ətinin ideal saxlama müddəti 3 ay, maksimum 1 ildir. Bundan daha uzun müddət saxlanılan ət sizə xeyirdən çox zərər verəcək.

- Qurban kəsə bilməyənlərə ət paylananda sümük verilmir. Sümüksüz ətin verilməsi daha uyğundur. Əks halda, bu, hörmətsizlik sayılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!