Qurban Qurbanov 1 milyon 800 min dollardan imtina etdi

saytların hazırlanması

Evə çatdırılma

Qurban Qurbanov 1 milyon 800 min dollardan imtina etdi

İdman

24 İyul 2020 11:44 1039


Bu gün "Hatayspor"un yeni baş məşqçisinin adı rəsmən açıqlanmalıdır.

Yenisabah.az xəbər verir ki, Türkiyə Super Liqasına yüksələn klub Samet Aybaba ilə anlaşıb. 65 yaşlı mütəxəssis bu vəzifədə Mehmet Altıparmakı əvəz edib.

Debütant "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovla danışıqlar aparmasıı bəllidir. "Hatayspor" son olaraq ona növbəti təklifini irəli sürüb. Birbaşa uzunmüddətli müqavilə və illik… 1,8 milyon dollar! Toyuqlu pizza

Hətta klub rəhbərliyi Super Liqanı tərk edəcəkləri təqdirdə, onunla yolları ayırmacaqlarına zəmanət verib. Azərbaycanıın ən yaxşı məşqçisinə onun üçün ayrılmış özəl təyyarə ilə Türkiyəyə gəlmək təklif olunub.

Sportinfo yazır ki, Qurbanov növbəti dəfə bu çağıırışı qəbul etməyib. O, ermənilərin cəbhədə azğınlaşdığı bir vaxtda "Qarabağ"da üzərinə böyük görəv düşdüyünü və işlərini yarımçıq buraxıb getməyə hazırlaşmadığını bildirib.

Qurbanov qarşıdakı 6 ay – 1 itl ərzində Azərbaycanı tərk etməyi düşünmədiyini söyləyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!