Qurban Qurbanov: “15 ildir adım milli ilə hallanır”

saytların hazırlanması

Evə çatdırılma

Qurban Qurbanov: “15 ildir adım milli ilə hallanır”

İdman

25 Noyabr 2023 11:29 961


"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov adının Azərbaycan millisi ilə hallanmasına münasibət bildirib.

Yenisabah.az xəbər verir ki, o, Misli Premyer Liqasının son turundan sonra keçirilən mətbuat konfransında bununla bağlı deyib: "Elə 15 ildir ki, adım milli ilə hallanır. Təkcə mənim yox, digər məşqçilərin də. Hər dəfə belə olub. Amma bu gedişat heç vaxt dəyişmir. Hər dəfə bu müzakirələr eyni proqram üzrə gedir".

Mütəxəssis yığmaya yerli, yoxsa əcnəbi baş məşqçi olmasının tərəfdarı olması ilə bağlı sualı isə belə cavablandırıb: Dördpendirli pizza

"Çox xahiş edirəm ki, mənə bu barədə suallar verməyin. Dəfələrlə bildirmişəm ki, heç kimin işinə qarışmaq istəmirəm. Məsləhət vermək də istəmirəm. Bu barədə fikir bildirməyim düzgün olmaz".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!