Qurban Qurbanov “Aşbod“la bugünkü oyundan danışdı:   “Çox istəkliyik“

saytların hazırlanması

Evə çatdırılma

Qurban Qurbanov “Aşbod“la bugünkü oyundan danışdı: “Çox istəkliyik“

İdman

29 İyul 2021 12:21 795


"Oyunun vacibliyini bilirik. Hər iki komanda istəklidir və qalib gəlmək istəyir. Meydanda ən yaxşısını etməyə və Bakıda keçirilmiş ilk matçdan daha diqqətli oynamağa çalışacağıq".

Yenisabah.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin "Aşdod"la (İsrail) cavab matçı üçün təşkil edilən mətbuat konfransında deyib.

O, komandasının çox istəkli olduğunu bildirib: "Mütləq daha diqqətli olmalı və dəqiq oynamalıyıq. Bu rəqibə çox inam vermək olmaz. Topla daha tez davranmalıyıq. Heyətdə ciddi dəyişiklik baş verməyəcək. Komanda olaraq çox istəkliyik. Futbolçular oyuna tam hazırdır". pizza sifarişi

Qeyd edək ki, bu gün İsraildə keçiriləcək "Aşdod" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bakıdakı ilk oyunda qolsuz bərabərlik qeydə alınıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!