Qurban Qurbanov: Bizə çox ciddi yanaşırlar

saytların hazırlanması

Evə çatdırılma

Qurban Qurbanov: Bizə çox ciddi yanaşırlar

İdman

10 Noyabr 2024 22:53 1607


"Bizə çox ciddi yanaşırlar".

Yenisabah.az xəbər verir ki, bunu "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

O, "Bodo Qlimt"la matçla bağlı əlavə edib: "Bəzən qol vurmamağımız təkcə özümüzdən asılı olmur. Rəqib də təzyiq yaradır. İstər-istəməz topla istədiyin kimi davrana bilmirsən. Futbolda o qədər olub ki, 10 qol epizodundan yararlana bilmirsən, bəzi matçda isə 1 epizoddan istifadə edərək qalib gəlirsən. Dünya təcrübəsində də belə şeylər var. Hər şey normaldır. Sezar pizza

Başa düşürdük ki, qol epizodlarımız varsa, oyunumuzdan əl çəkmiriksə, uğur nə vaxtsa gələcək. Şükürlər olsun ki, belə oyunda çox yaxşı qələbə oldu. Çox yaxşı da rəqiblə oynadıq. Həmin görüşdə uduza da bilərdik. Amma futbolçular döyüşdülər, sona qədər dözdülər. Sonda da yaxşı qələbə oldu".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!