Qurban Qurbanov bu ölkədə baş məşqçisi ola bilərmiş 

saytların hazırlanması

Evə çatdırılma

Qurban Qurbanov bu ölkədə baş məşqçisi ola bilərmiş 

İdman

11 İyul 2024 17:22 929


İrlandiya milli komandasına yeni baş məşqçi təyin edilib. 

Yenisabah.az xəbər verir ki, bu, islandiyalı Heymir Hadlqrimsson olub. Bu barədə İrlandiya Futbol Federasiyası məlumat yayıb. 

Heymir Hadlqrimssonun bunadək son iş yeri Yamayka millisi idi. 57 yaşlı mütəxəssis Lars Laqerbokla birgə 2016-cı ildə Avro-2016-da yarışmış İslandiya millisinin də baş məşqçi olub.  pizza hut

İrlandiyanın secondcaptains.com saytının yazdığına görə, Heymir Hadlqrimssonla yanaşı "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov, eləcə də Qustavo Poyet (hazırkı iş yeri Yunanıstan millisi) və İrlandiya millisinin əfsanəvi futbolçularından olmuş Roy Kin də namizədlər sırasında olub. Lakin yekunda Hadlqrimssonun namizədliyi üzərində dayanılıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!