“Qurban Qurbanov bu problemi görür” - Matç öncəsi VACİB AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

“Qurban Qurbanov bu problemi görür” - Matç öncəsi VACİB AÇIQLAMA

İdman

03 Oktyabr 2024 15:57 1131


Bu gün Azərbaycan təmsilçisi “Qarabağ” UEFA Avropa Liqasında Liqa mərhələsinin II turunda növbəti oyununa çıxacaq. “Köhlən atlar” doğma meydanda İsveçin “Malmö” klubunu qəbul edəcək. 

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmanı yunanıstanlı hakimlər briqadası idarə edəcək. Təmsilçimiz öncəki turda “Tottenhem”ə səfərdə 3-0 hesabı ilə məğlub oldu. Azarkeşlər bu dəfəki matçda “Qarabağ”dan mütləq qələbə gözləyir. 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan Aut.az saytının baş redaktoru, tanınmış idman jurnalisti Natiq Muxtarlı bildirib ki, “Qarabağ”ın ən böyük problemi hücumları qola çevirə bilməməsidir:  Sezar pizza

“Qarabağ”ın Zaqreb “Dinamo”su ilə ilk oyunda üzə çıxan ciddi problemi, təəssüf ki, həllini tapmayıb. Bu, oyun planında olan problem deyil. “Qarabağ” “Dinamo” ilə hər iki oyunda dominant mövqedə oldu. Saysız-hesabsız qol şansları əldə etdi, amma istifadə edə bilmədi. Problem budur. Əgər sən qol vura bilmirsənsə, onda meydandakı üstünlüyün, yaradılan qol imkanları heç bir əhəmiyyət kəsb etmir. Qələbə üçün qol vurmaq lazımdır. Bu problem “Tottenhem”lə oyunda da qabarıq şəkildə nəzərə çarpdı. 12 qol imkanı yaradasan, bunun birindən də istifadə edə bilməyəsən. “Tottenhem” isə heç nə yaratmaya-yaratmaya 3 qol vurdu. Bunun adı ustalıqdır. “Malmö” ilə oyun “Qarabağ” üçün çox vacibdir. Hər iki komanda ilk qarşılaşmada məğlub olub. Bu oyunda qalib gələcək komandanın pley-off şansları artacaq, məğlub komanda isə çətin duruma düşəcək. Deməli, bu qarşılaşmada məğlubiyyətə yer yoxdur. Amma bunun üçün qol vurmaq lazımdır”. 

Natiq Muxtarlı “Malmö” matçının “Qarabağ” üçün dönüş nöqtəsi olduğunu qeyd edib: 

“Heç şübhə yoxdur ki, “Qarabağ” bu oyunda da dominantlıq edəcək, topa nəzarəti əlində saxlayacaq. Qol şansları olacaq. İndi qalır onlardan yararlanmaq. Qurban Qurbanov da, futbolçular da bu problemi görürlər. Juninyo da mətbuat konfransında məhz bu məqama diqqət çəkdi. Ümid edək ki, bu yöndə çalışmalar olub və “Malmö” ilə qarşılaşmada komanda qara zolaqdan çıxacaq. Düzdür, Avropa Liqasında zəif, qiymətləndirilməyəcək komanda yoxdur. Amma “Qarabağ” rəqibindən həm oyun planında, həm də ayrı-ayrı futbolçuların fərdi keyfiyyətləri baxımından üstündür. Sadəcə, rəqib qapısı qarşısında soyuqqanlı davranmaq lazım gələcək. Futbolçular son zərbə anında soyuqqanlı olsalar, “Malmö”nun Bakıdan xal aparmaq şansı olmayacaq. İnanaq ki, qara zolaq məhz bu oyunda bitəcək. “Malmö” məğlub edilsə, futbolçularda özünəinam hissi bərpa olunacaq və biz əvvəlki “Qarabağ”ı görəcəyik. Ondan sonra isə xal və xallar ard-arda gələcək”. 

Nazim Hacıyev 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!