Qurban Qurbanov “Bu Şəhərdə” yamsılanması barədə nə düşünür? - “Qarabağ” klubundan cavab

saytların hazırlanması

Evə çatdırılma

Qurban Qurbanov “Bu Şəhərdə” yamsılanması barədə nə düşünür? - “Qarabağ” klubundan cavab

Şou

17 Noyabr 2025 11:47 24643


“Bu Şəhərdə”nin “Ev Dar” adlı konsertində "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanovla bağlı səhnəcik müzakirə doğurub.

"Yeni Sabah" xəbər verir ki, əməkdar artistlər Rafael İsgəndərov və Coşqun Rəhimovun konserti noyabrın 15-də Heydər Əliyev Sarayında baş tutub.

Məlum səhnəcikdə Qurban Qurbanovu Coşqun Rəhimov canlandırıb. Rafael İsgəndərov isə tamada Siltuş Çölçəmənli obrazındadır.  Toyuqlu pizza

Səhnəcikdə tamadanın bütün suallarına "Qurban Qurbanov" təsdiqləyici "ola bilər" cavabı verib. Yalnız "Millimiz dünya çempionu ola bilərmi" sualını qarşı tərəf uğunub özündən getməklə cavablandırır.

Səhnəcikdə yer alan bu epizod sosial şəbəkələrdə mənfi reaksiyalar doğurub. Tamaşaçıların yalnız bir qisim bunu satira kimi dəyərləndirib.

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov mövzuya dair rəy bildirməyib.

“Köhlən atlar”ın mətbuat xidmətinindən “Yeni Sabah”a bildiriblər ki, mövzu qeyri-idman konteksli olduğu üçün klub bu barədə rəsmi münasibət yayımlamaq istəmir: "Bizə "Napoli", yaxud Səbail"lə görüşlə bağlı soruşun, bu tip sual idmanla əsla bağlı deyil", - deyə "Qarabağ" FK-nın mətbuat katibi Anar Hacıyev vurğulayıb.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!