“Qurban Qurbanov, dünyaya sübut etdiniz ki...” - Zamiq

saytların hazırlanması

Evə çatdırılma

“Qurban Qurbanov, dünyaya sübut etdiniz ki...” - Zamiq

Şou

15 Mart 2024 11:58 644


Müğənni Zamiq Hüseynov “Qarabağ”ın son oyunu ilə bağlı paylaşım edib.

Yenisabah.az xəbər verir ki, o, instaqramın hekayə bölməsində video yayıb.

“Ağlım kəsəndən futbol azarkeşiyəm. Bu gün “Qarabağ”a olan haqsızlıq heç vaxt qarşıma çıxmayıb. Aldığımız qırmızı kart gülünc idi. İnanıram ki, bütün dünya hakimə güldü. 7-ci dəqiqədə vurulan qol, inanılmaz dərəcədə haqsızlıq idi. Fəxr edirəm ki, “Qarabağ” klubu Almaniya liqində zirvədə olan Leverkuzenin dizini yerə qoydu. Dördpendirli pizza

Qurban Qurbanov, sizinlə fəxr edirik. Bu sevinci bizə yaşatdığınız üçün təşəkkür edirik. Dünyaya sübut etdiniz ki, “Qarabağ” böyük klubdur. Dünya futbolunda böyük haqsızlıq oldu”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!