Qurban Qurbanov ilin ən yaxşı məşqçisi seçildi

saytların hazırlanması

Evə çatdırılma

Qurban Qurbanov ilin ən yaxşı məşqçisi seçildi

İdman

13 Dekabr 2024 15:25 472


Azərbaycanda 2024-cü ilin ən yaxşı futbol məşqçisinin adı məlum olub.

Yenisabah.az xəvər verir ki, komanda.az saytının jurnalistlər arasında keçirdiyi ənənəvi sorğuda “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov digər namizədləri böyük fərqlə qabaqlayaraq, birinci yeri tutub.

Qurbanov 64 jurnalistin qatıldığı sorğuda 47 səs toplamaqla, 2024-cü ilin ən yaxşı məşqçisi seçilib. Bununla da, o, 14-cü dəfə Azərbaycanda ilin ən yaxşı məşqçisi adını qazanıb. Marqarita pizza

Sorğuda iştirak edənlərdən 8-i “Zirə”nin “sükanı arxasında” olan Rəşad Sadıqova, 7-si “Araz-Naxçıvan”ın çalışdırıcısı Elmar Baxşıyevə, 2-si “Turan Tovuz” klubunun baş məşqçisi Kurban Berdıyevə səs verib. “Sumqayıt”ın keçmiş, “Neftçi”nin hazırkı çalışdırıcısı Samir Abasova səs verən olmayıb. Bu mütəxəssislər də ilin məşqçisi adına namizədlər siyahısında yer almışdı.

“Qarabağ” ötən mövsümdə Qurban Qurbanovun rəhbərliyi altında Misli Premyer Liqasında çempionluğu bayram edib. Bundan başqa, Ağdam təmsilçisi ölkə kubokuna da sahib çıxıb. Qurbanovun komandası növbəti dəfə Avropa Liqasında Liqa mərhələsinə vəsiqə qazanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!