Qurban Qurbanov ilin məşqçisi seçildi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Qurban Qurbanov ilin məşqçisi seçildi - Fotolar

İdman

14 Dekabr 2019 14:47 1013


Azərbaycanda 2019-cu ilin ən yaxşı futbol məşqçisinin adına aydınlıq gəlib.

"Yeni Sabah" xəbər verir ki, komanda.az saytının jurnalistlər arasında keçirdiyi ənənəvi sorğuda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov qalib olub. 

64 mətbu orqanından 68 jurnalistin qatıldığı sorğuda Qurbanov digər namizədləri böyük fərqlə geridə qoyaraq, 2019-cu ilin ən yaxşı məşqçisi seçilib. O, 59 səs toplamaqla birinci olub. Bununla da, Qurbanov 10-cu dəfə Azərbaycanda ilin ən yaxşı məşqçisi seçilib. Sezar pizza

Sorğuda iştirak edənlərdən 6-sı “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasova, 2-si “Qəbələ”yə ölkə kubokunu qazandırmış Sənan Qurbanova, 1-i isə “Səbail”in çalışdırıcısı Aftandil Hacıyevə səs verib. Maraqlıdır ki, “Neftçi”nin italiyalı baş məşqçisi Robertə Bordinə sorğuda səs verən olmayıb.

“Qarabağ” son mövsümdə Qurban Qurbanovun rəhbərliyi altında Azərbaycan çempionu olub, Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. “Köhlən atlar” cari mövsümdə də 31 xalla Azərbaycan Premyer Liqasının vahid lideridir.

Qurban Qurbanova səs verənlər arasında Oxu.Az-ın əməkdaşı Səbuhi Musayev də olub. 

Yeri gəlmişkən, "Qarabağ" klubu tədbirdə iştirak edən jurnalistləri də mükafatlandırıb. Püşk əsasında seçilmiş beş jurnalistə endirim kartı verilib. Mükafatlandırılanlar arasında Səbuhi Musayev də olub. /oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!