Qurban Qurbanov Juninyonun transferi barədə: Avropa bazarına çıxmışıq

saytların hazırlanması

Evə çatdırılma

Qurban Qurbanov Juninyonun transferi barədə: Avropa bazarına çıxmışıq

İdman

19 Dekabr 2024 17:56 551


Artıq Avropa bazarına çıxmışıq.

Yenisabah.az xəbər verir ki, bunu Juninyonun "Sevilya"ya trasferindən danışarkən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Mütəxəssis hazırda klublar arasında danışıqların getdiyini deyib: Marqarita pizza

"Sevilya" kimi klubdan təklif gəlib. Juninyo bu xəbəri eşidəndə çox sevinib. Klubla danışıqlar gedir. Biz də heç bir futbolçuya az məbləğ ödəmirik. Deyə bilərəm ki, artıq Avropa bazarına çıxmışıq. Bu, yeni və perspektivli bir addımdır. Buna görə komandamıza kənardan diqqət daha da çoxalacaq və çempionatımıza maraq artacaq. Azərbaycan futbolunun belə bir bazarda iştirak etməsi həm klubumuz, həm də ölkə üçün böyük addımdır. Juninyo da bildirdi ki, bu məsələdə hər şey qaydasında olsa, sevə-sevə gedərəm".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!