Qurban Qurbanov köməkçisini “Braqa”nın oyununa göndərdi

saytların hazırlanması

Evə çatdırılma

Qurban Qurbanov köməkçisini “Braqa”nın oyununa göndərdi

İdman

04 Fevral 2024 12:18 1000


“Qarabağ”ın məşqçisi Yanuş Vasilyev baş məşqçi Qurban Qurbanovun təlimatı ilə Braqa şəhərinə gedib. 

Yenisabah.az xəbər verir ki, video-analitik məşqçi olan Vasilyev bu gün Portuqaliya Premyer Liqasının 20-ci turunun “Braqa” - “Moreirense” matçını stadiondan canlı izləyəcək. Oyun Bakı vaxtı ilə gecə saat 00:30-da başlanacaq. 

Xatırladaq ki, “Braqa” hazırda yerli liqada 4-cü yeri tutur. Onlar Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibidirlər. Bu komandalar arasında ilk matç fevralın 15-i Braqada, cavab görüşü həmin ayın 22-si Bakıda keçiriləcək.  pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!