“Qarabağ” Premyer Liqada Qurban Qurbanovun rəhbərliyi altında 100-cü heç-heçəsini edib.
Qol.az Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, bu, 2021/22 mövsümünün ilk turuna təsadüf edib.
“Zirə” ilə səfər qarşılaşması 1:1 hesabı ilə başa çatıb. pizza mizza
Mütəxəssisin rəhbərliyi ilə 14-cü mövsümünə start verən Ağdam klubu bu görüşə qədər 99 dəfə meydanı bir xalla tərk etmişdi.
Ümumiyyətlə, Qurbanov ölkə çempionatları tarixində həm oyun, həm qələbə, həm heç-heçə sayında mütləq rekordçudur.
“Neftçi” və “Qarabağ”da çalışmış Qurbanov Premyer Liqada ümumilikdə 104 heç-heçə izləyib.
O bu göstəricidə “100” səddini adlayan yeganə baş məşqçidir.
Telegram kanalımız